5 tələbəyə aylıq təqaüd ayrılıb

695

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin İnformasiya texnologiyaları və Riyaziyyat və informasiya ixtisaslarında təhsil alan 5 tələbəsinə “Azərfon” Məhdud Məhsulliyyətli Cəmiyyəti tərəfindən aylıq təqaüd ayrılıb. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi təqaüd alan tələbələrlə görüş keçirib.

Bildirilib ki, informasiya texnologiyaları sahəsi üzrə təhsilin səviyyəsinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması işinin stimullaşdırılması üçün “Azərfon” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi birgə layihə həyata keçirib. Layihəyə əsasən, “Azərfon” şirkəti korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsildə fərqləndiklərinə görə Naxçıvan Muxtar Respublikasının ali məktəblərində oxuyan 5 tələbəyə  200 manat məbləğində aylıq təqaüd ayırıb.       

Sonra tələbələrə aylıq təqaüdlər və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu ilin  sentyabr ayından başlayan layihə gələn ilin iyun ayına kimi davam edəcək.

 

                                                                Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: