633 tələbə ümumtəhsil məktəblərində pedaqoji təcrübəyə başlayıb

141

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə universitetin pedaqoji profilli ixtisaslarında təhsil alan və ümumtəhsil məktəblərində təcrübə keçən əyani IV kurs, qiyabi V kurs tələbələrinin təcrübəqabağı konfransı olub.

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, mütəmadi olaraq təhsil müəssisələrində elektron təhsil təşkil edilib, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələr yaradılıb, elmi dərəcəli işçilər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilib. Nəticədə bu addımlar şagirdlərin biliklərinin artırılması, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayıb.

Vuğulanıb ki, 2018-2019-cu tədris ilinin birinci yarımili ərzində Naxçıvan Dövlət Universitetindən 480, “Naxçıvan” Universitetindən 105və Naxçıvan Müəllimlər İnstitutundan 48 olmaqla, ümumilikdə 633 tələbə ümumtəhsil məktəblərində pedaqoji təcrübəyə başlayıb. Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə yanaşı Babək rayon Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də tələbələrin pedaqoji təcrübə keçmələri üçün şərait yaradılıb.

Qeyd olunub ki, pedaqoji təcrübə müddətində təcrübəçi tələbələrə pedaqoji proseslə bağlı zəruri yeniliklər çatdırılacaq. Həmçinin onların dərs dinləməsinə, məktəb kitabxanasından, laboratoriyalardan, elektron lövhəli sinif otaqlarından istifadə etmələrinə şərait yaradılacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: