Ağır atletimizdən növbəti çempionluq

150

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sentyabrın 13-14-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib. Körpücük üzərinə son olaraq 94 kiloqram çəki dərəcəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tarmenxan Babayev çıxıb.

87 kiloqram çəki dərəcəsində olmasına baxmayaraq, yeni çəkidə yarışa qatılan idmançımız qızıl medal qazanıb. Belə ki, o, birdən qaldırmada 135, təkanla isə 165 kiloqramı başı üzərinə qaldıraraq (toplamda 300 kiloqram) ölkə birinciliyində növbəti çempionluğunu əldə edib. Qeyd edək ki, Tarmenxan Babayev 6-18 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiadasında iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: