“Airbus”un pilotsuz uçuş aparatı 26 sutka havada qalaraq dünya rekordunu yeniləyib

139

“Airbus Defense & Space” kompaniyasının “Zephyr” pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasının ilk sınaq uçuşu havada qalma müddətinə görə yeni dünya rekordu ilə yekunlaşıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın saytında dərc olunmuş press-relizə əsasən, pilotsuz uçuş aparatı 26 sutkadan 3 dəqiqə az bir müddət ərzində havada qalıb.

Sınaqların bu aparatı hamıdan əvvəl silahlanmaya qəbul etməyi planlaşdıran Böyük Britaniyanın dəstəyi ilə həyata keçirildiyi bildirilir. “Zephyr” növbəti dəfə bu ilin sonunda Avstraliyanın qərbində havaya qalxmalıdır.

Qeyd edək ki, uçuş müddətinə görə bundan əvvəlki rekord da 14 sutka havada qalan “Zephyr” tərəfindən müəyyən olunmuşdu. Aparat günəş panellərindən qidalanan mühərriklə təchiz edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: