Ali Məclisin Sədri müəllimləri təltif etdi - SƏRƏNCAM

4. 177

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına – “Əməkdar müəllim” fəxri adı verilsin”.

Qeyd edək ki, Ali Məclisin Sədri hər il Bilik Günü münasibətilə muxtar respublikada  səmərəli fəaliyyəti ilə  fərqlənən müəllimləri  təltif edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: