Alimlər beyində yeni “ağrı mərkəzi” müəyyən ediblər

170

Alimlər beyində yeni “ağrı mərkəzi” müəyyən ediblər. Onu “söndürmək”lə xroniki ağrı və əsəbiliyin qarşısını almaq olar. Əsəb ağrıları çox çətin müalicə olunur. Belə ki, ağrıkəsicilərin əksəriyyəti düzgün reseptorlara təsir etmir.

NUHÇIXAN rus tibb saytlarına istinadla xəbər verir ki, əsəb travmalarından sonra bəzi insanlarda beyin və bədənin çox hissəsi normal hərəkət ritmindən uzaqlaşır. Nəticədə isə ən yüngül toxunuş ağrıya səbəb olur. Alimlər beyində ağrı və toxunuş hissini bir-birindən ayıran əsəb zənciri aşkar ediblər ki, məhz bu hissə travmalar zamanı ən çox zədə görür.

Bu zəncirə daxil olan neyronların kiçik qrupu var ki, onlar bədənin bütün hissələrindən informasiya alır. Qəbul edilən informasiya onurğa beynindən keçərək gücləndirilmiş – “ağrı” və ya “toxunuş” siqnalı şəklində toxunulan bölgəyə geri qayıdır. Normal şəraitdə neyronlar onurğa beynində hərəkətini dayandıraraq ağrı və ya toxunuş hissi olaraq davam edir. Lakin travmalar səbəbindən bu dayanma prosesi öz effektivliyini itirir və toxunma haqqında informasiya ağrı neyronlarını aktivləşdirir. Buna baxmayaraq həqiqi ağrıya olan reaksiya da öz aktivliyini qorunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: