Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırıb

117

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18 faizi) 1109 tapşırıq (bütün tapşırıqların 0,05 faizi) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 107-sinin (bütün imtahan verənlərin 0,09 faizi) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007 faizi üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: