Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər

83

Astronomlar nəhəng ölçüdə qara dəlikdən güclü küləyin kainata doğru gətirdiyi geniş işıq seli müşahidə ediblər.

NUHÇIXAN “Science News” elmi portalına istinadla xəbər verir ki, astronom Mark Leysinin həmkarları ilə birlikdə Çilidəki “Atakama” rəsədxanasında apardığı müşahidələr zamanı “Kvazar” adlanan qara dəlikdən əsən şiddətli küləyin gözqamaşdırıcı işıq seli gətirdiyi müşahidə edilib. Külək 228 000 işıq ili məsafəyə yayılıb. Bundan əvvəl astronomlar tərəfindən cəmi 3 000 işıq ili məsafəsində hiss olunan külək qeydə alınıb.

Bu müşahidələrin nəticələrinin təhlili alimlərin gündəminə qara dəliklərin qalaktikalarla birlikdə necə böyüməsi və onlara təsiri problemlərinin öyrənilməsini gətirib. M.Leysi bildirib ki, qara dəliklərin ən güclü qravitasiyaya malik olması çoxdan məlumdur. “Paradoksal olsa da, nəhəng ölçülü qara dəliklər udduğu göy cisimlərini əks istiqamətə də qaytara bilir, habelə “qonaq” qalaktikalardakı qazları və plazmaları sorub çıxarır. Bundan sonra qara dəliklər öz “qənimətinin” qurbanı olur və içərisinə bir dəfədən artıq istifadə edə bilməyəcəyi hədsiz miqdarda materiallar toplanır. Nəticədə, daxildə olan istilik yüz milyonlarla dərəcə selsiyə yüksəlir və qara dəlik “Kvazar” parlaq lövhəsinə çevrilir”, -deyə astronom prosesi müfəssəl şəkildə izah edib.

Qara dəlikdən çıxan güclü külək və işıq selini, habelə onun içərisindəki temperaturu və maqnit sahəsini Şarlottesvil Milli Rəsədxanasındakı astronomlar da tədqiq edirlər. Onlar da Leysinin təhlilini təsdiq edərək bildiriblər ki, bu maraqlı kosmos hadisəsinin səbəbi qara dəliyin bütün materialları uda bilməməsi və onların bir hissəsini kainata püskürməsidir. Alimlər, əlavə olaraq, güclü küləyin gətirdiyi işıq selinin qalaktikalara, o cümlədən bizim kainata da təsirini öyrənirlər. Bu tədqiqatlarda ən maraqlı məqam qara dəlikdən çıxan qazların yeni ulduzları formalaşdırması və qalaktikaları daha da genişləndirməsidir. Deformasiyaya uğrayacaq bəzi qalaktikaların həcminin isə Günəşin ölçüsündən 10 trilyon dəfə böyük olduğu bildirilir. Küləyin və işıq selinin daşıdığı enerjinin həcmi və çatacağı son məsafəni dəqiqləşdirmək də nəzəri cəhətdən mümkün hesab olunur. M.Leysi və həmkarları tərəfindən Yerdən 268 milyon işıq ili uzaqlıqda olan HE 0515-4414 kvazarının tədqiqi nəticələri göstərib ki, püskürmə nəticəsində hasil olan isti qazlar kosmik mikrodalğalardan fotonlar yayır və onların fonunda qara dəliyi də aydın şəkildə müşahidə etmək mümkündür. Sunyayev-Zeldoviç effekti adlanan bu fenomen yalnız ən həssas “ALMA” teleskopu ilə görünə bilər. Bununla yanaşı, HE 0515-4414 kvazarından gələn küləyin yayıldığı məsafəni onun enerjisini ölçmək vasitəsilə müəyyən edirlər. Məlum olub ki, işıq selinin enerjisi kvazarın ümumi enerjisinin 0,1 faizini təşkil edir.

1999-cu ildən qara dəlikləri öyrənən Yel Universitetinin astrofiziki Priyamvada Natarayan bu kosmos hadisəsinin tədqiqini əlamətdar adlandırıb. Onun sözlərinə görə, ilk dəfə qara dəlikdən qalaktikamıza yayılan kinetik enerjinin miqdarını ölçmək mümkün olacaq. Astrofizik əlavə edib ki, bu tədqiqatlar bir obyektlə deyil, daha çox kvazarla bağlı aparılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: