Astronomlar sirli hərəkət edən göy cismi tapıblar

174

Nyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri təxminən iki yüz milyon il yaşı olan qəribə obyekt aşkar ediblər. Hazırda bu göy cismi Günəş sistemindən kənarda – Yerdən 20 işıq ili məsafədə yerləşir.

Azərbaycan Milli Elmlər Akademiyasından NUHÇIXAN-a bildiriblər ki, yeni planet “Səyahət edən planet” (“Rogue planet”) adlandırılıb.

Aşkar edilən obyektin qəribəliyi onun xüsusi parıltısının olmasıdır. “Planet” onun ana ulduzu olmadan səmada səyahət edir. Bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Yupiterdən 12,7 dəfə böyük olan planetin maqnit sahəsi iki yüz dəfə çoxdur və səthinin temperaturu 800 dərəcə selsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: