ATƏT-in baş katibi: Regionda sürətli inkişafa nail olmaq üçün təhlükəsizlik bərqərar edilməlidir

118

Gürcüstanda səfərdə olan ATƏT-ın baş katibi Tomas Qreminger bu ölkənin Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, görüşdə regional təhlükəsizlik, regionda baş verən proseslər, xüsusən də regional münaqişələr, işğal altında olan ərazilərin qeyd-şərtsiz azad edilməsi, həmin ərazilərdə insan hüquqları, regionda sülhün bərqərar olunması diqqət mərkəzində saxlanılıb.

Baş katib regiondakı münaqişələrin həll olunmamasından narahatçılığını diqqətə çatdırıb və rəhbərlik etdiyi qurumun münaqişələrin tezliklə ədalətli həllində maraqlı olduğunu bildirib. O deyib ki, regionda sürətli inkişafa nail olmaq üçün təhlükəsizlik bərqərar edilməlidir.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze regionda həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq əməkdaşlığın perspektivləri, habelə münaqişələr barədə ətraflı məlumat verib.

Hökumət başçısı münaqişələrin sülh yolu ilə həlli istiqamətində Gürcüstanın gördüyü və görə biləcəyi işlərdən danışıb.

Görüşdə regional əməkdaşlıq, Gürcüstanda keçiriləcək prezident seçkilərinə hazırlıq, ATƏT-in müşahidə missiyasının regiona səfəri və s. məsələlər də müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: