“Avro-2019”: Yanvarın 23-də voleybolçularımızın rəqibləri müəyyənləşəcək

72

Yanvarın 23-də İstanbulda qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatının püşkü atılacaq.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisi püşkatma zamanı üçüncü səbətdə yer alacaq. Azərbaycan ilə yanaşı, Belarus, Ukrayna və Fransa yığmaları da bu səbətdə qərarlaşıblar.

Birinci səbətdə Serbiya, Hollandiya, İtaliya, Rusiya, ikinci səbətdə Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, dördüncü səbətdə Rumıniya, Finlandiya, İspaniya, Sloveniya, beşinci səbətdə isə Portuqaliya, İsveçrə, Yunanıstan və Estoniya yığmaları yer alıblar.

Püşkün nəticəsinə görə, milli komandalar beş qrupda mübarizə aparacaqlar.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: