Aydın Səfixanlı: Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirə bilər

267

İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq şəkildə etiraf olunur.

NUHÇIXAN xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu dövlətimizin gücünün, qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir:

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində görülən işlər bu gün ordumuzu dünyanın güclü orduları sırasına gətirib çıxarıb. Cənubi Qafqazda qüdrətli ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur”.

A.Səfixanlı bildirib ki, ordumuzun mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, maddi-texniki təminatı olduqca yüksək səviyyədədir.

Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, ordumuz işğal olunmuş əraziləri qaytarmaq gücündə olduğunu dəfələrlə əməli işdə göstərib:

“Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi. Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər. Aprel döyüşləri zamanı Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək, təcavüzkarın layiqli cavabını verərək öz vətəndaşlarının hüquq və azadlıqlarını qorudu. İnanıram ki, Azərbaycan Ordusu tezliklə beynəlxalq hüquq normalarını rəhbər tutaraq qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın pozulmuş hüquqlarını bərpa edəcək, təcavüzkara layiq olduğu cəzanı verəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: