“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

131

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, “Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.

Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.

Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır.

Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır və bu siyasətin əsaslarını ulu öndər Heydər Əliyev müəyyən edib.

Kitab alim və mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: