Azərbaycanın dövlət himni beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının ifasında - VİDEO

226

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə “Cümhuriyyətimiz 100 yaşında” adlı klip hazırlanıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə hazırlanan klipdə “Youthvision-2018” mahnı müsabiqəsinin yerli və əcnəbi iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

Sosial şəbəkələrdə yerləşdirilən klip böyük maraqla qarşılanıb.

Xatırladaq ki, ATGTİ-nin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən “Youthvision-2018” mahnı müsabiqəsində 30-a yaxın ölkədən 60-dək gənc iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: