Bədəndəki toksinləri atmaq üçün ən yaxşı vasitə

181

Qırmızı kələmin faydaları olduqca çoxdur. Bilindiyi kimi bənövşəyi rəngli qidaların faydalarını mütəxəssislər hər fürsətdə vurğulayırlar.

Bədəninizi bütün mənfi təsirlərdən təmizləyəcək və immuniteti qoruyacaq bir qida axtarırsınızsa, bu qırmızı kələmdir.

NUHÇIXAN xəbər verir ki, qırmızı kələm vitamin, mineral və digər faydalı maddələrlə olduqca zəngindir.

– Çox aşağı kalorili olan bu qida kökəlməyi problem edənlərin seçdiyi qidadır.

– Lif baxımından zəngin olan qırmızı kələm pəhrizdə olanlar üçün ideal bir qidadır.

– Elm adamlarının araşdırmalarına görə, qırmızı kələmi çox istehlak edənlərin mədə, ağciyər, dəri və qalın bağırsaq xərçənginə tutulma ehtimalı, yeməyən kəslərə görə daha aşağıdır.

– Qırmızı kələmin bir faydası da toksinlərin bədəndən atılmasını sürətləndirməsidir.

– Bağırsaq mikroflorasını yaxşılaşdıran kələm bununla immun sistemini də gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. İmmun sisteminin fəaliyyəti bağırsaqların sağlamlığı ilə sıx bağlıdır.

– Damarları genişlədərək qan dövranını rahatlaşdırır. Bu sayədə insanı ürək və damar xəstəliklərindən qoruyur.

– Bəlğəmi təmizləyən xüsusiyyəti var. Qırmızı kələmin bir faydası da yumşaldıcı və həzm etdirici xüsusiyyətinin olmasıdır.

– Kələmin toxumu bağırsaq qurdunu təmizləyir.

– Antioksidan maddələri ilə zəngin olduğundan damarların sağlamlığını qoruyur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: