Badamlı kəndinin 106 sakini tibbi müayinədən keçirilib

202

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası rayonun Badamlı kəndində sakinlərin tibbi müayinəsini təşkil edib. Kənd sakinləri müayinə olunaraq aşkar olunan xəstəliklər barədə məlumatlandırılıblar.

Kənddə  60-65 yaşlı  sakinlərin dispanserizasiyası aparılıb. Vətəndaşlarda qanda xolesterin və şəkərin miqdarı, qan təzyiqləri yoxlanılıb. Ümumilikdə, 106 nəfər  müayinə olunub.

Qeyd edək ki, bundan əvvəl müayinələr rayonun  Keçili, Kükü, Nursu və Mahmudoba kəndlərində aparılıb. Müayinələrin ilin sonuna kimi rayonun digər kəndlərində də aparılması nəzərdə tutulub.

                        Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: