Batabat Astrofizika Rəsədxanasının əməkdaşı ABŞ jurnalının redaksiya heyətinə dəvət alıb

156

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, bölmənin Batabat Astrofizika Rəsədxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədli Göy mexanikası sahəsindəki nailiyyətlərinə görə, Amerika Astronomiya və Astrofizika (American Journal of Astronomy and Astrophysics) jurnalının redaksiya heyətinin üzvü və rəyçisi olmaq üçün dəvət alıb.

Bununla bağlı orijinal astronomik tədqiqatların nəticələrinin dərc olunduğu jurnalın redaksiya idarəsinin katibi Cessi Rayt tərəfindən məktub göndərilib. Məktubda Kral Astronomiya Cəmiyyətinin aylıq jurnalının (MNRAS) növbəti saylarında Azad Məmmədlinin işıq üzü görən “Ulduz yaxınlaşmaları zamanı planet hərəkətinin dayanıqlığı haqqında” mövzusunda hazırladığı məqalələrin mahiyyətindən bəhs olunur. Alimin tədqiqat işinin nəticələri yüksək qiymətləndirilib, nəticələrin aktuallığı, yeniliyi və mümkün tətbiq sahələrin genişliyi nəzərə alınaraq bu istiqamətdə tədqiqat işinin davam edilməsi tövsiyə olunur. Onun mövzuya uyğun yazılan və heç bir yerdə dərc olunmayan yeni məqalələrinin jurnala təqdim edilməsi xahiş olunur. 

Qeyd edək ki, Azad Məmmədlinin elmi məqalələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: