Bioparçalanan kağız batareya yaradılıb

141

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.

NUHÇIXAN  www.naukatv.ru resursuna istinadən yazır ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılır, lakin indiyədək təklif edilən texnologiyalar yetərincə güclü olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.

Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: