Az sonra “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimi başlayacaq

632

Bu gün saat 11:00-da “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin açılışı Naxçıvan Dövlət Televiziyası (NTV) və NUHÇIXAN İnformasiya Agentliyi ilə canlı yayımlanacaq.

Açılış tədbirində “Mənim Naxçıvanım” foto-sərgisinə və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edəcəklər. Rəsmi çıxışların ardından Naxçıvan Dövlət Filarmoniyası tədbir üçün hazırladığı konsert proqramını təqdim edəcək.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində İslam Konfrası Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri də iştirak edəcəklər.

Tədbir iştirakçıları və qonaqlar  “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində Naxçıvanın tarix və mədəniyyət abidələri, muzeyləri, dini-turizm imkanları ilə tanış olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: