Bu ilin 9 ayında Naxçıvandakı muzeyləri 435 min tamaşaçı ziyarət edib

107

Bu ilin ötən 9 ayında Naxçıvan Muxtar Respublikasındakı muzeyləri 139 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 435 min tamaşaçı ziyarət edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu dövrdə muzeylərə 1065 yeni eksponat verilib, muzeylərlə təhsil müəssisələri arasında 7 distant və 224 açıq dərs keçilib, əlamətdar günlərlə bağlı 79 sərgi açılıb.

Muxtar respublikanın kitabxanalarında oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılıb, ötən 9 ayda 799 mədəni-kütləvi tədbir keçirilib, 331 sərgi açılıb, “Oxunması zəruri olan kitablar”la bağlı 147 müzakirə təşkil olunub. Kitabxanalara yeni oxucu gəlişi 1785, müraciət edən oxucuların sayı 100 min 964 nəfər olub, elektron kitabxanadan 4724 oxucu istifadə edib.

2017-2018-ci tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirib. Yeni tədris ilində məktəblərə 990 şagird qəbul olunub, istedadlı tələbə və şagirdlərin konsertlərinin təşkili diqqətdə saxlanılıb.

Ötən dövrdə teatr kollektivləri tərəfindən ictimaiyyətə 20 tamaşa təqdim olunub, Naxçıvan şəhərində və rayonlarda 40-a yaxın bədii və sənədli film nümayiş etdirilib.

Bu ilin ötən 9 ayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında 2394 tədbir keçirilib, əlamətdar və tarixi günlərlə bağlı konsert, dəyirmi masa və konfranslar təşkil edilib, filmlər göstərilib, sərgilər açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: