Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

75

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

NUHÇIXAN UEFA-nın saytına istinadən xəbər verir ki, IV turun matçlarından sonra bu ada İngiltərə “Tottenhem”inin hücumçusu Harri Keyn layiq görülüb.

25 yaşlı forvard azarkeşlərin səsverməsinə əsasən Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), Kərim Benzema (“Real Madrid”, İspaniya) və Riyad Mahrezi (“Mançester Siti”, İngiltərə) geridə qoyub.

Qeyd edək ki, Harri Keyn Çempionlar Liqasının IV turunda evdə Hollandiyanın PSV komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: