Erməni siyasətçi: Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü şəkildə pozur

70

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

NUHÇIXAN erməni KİV-lərə istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki “Axilles dabanı” var. Bunlar, xarici siyasət və Qarabağ problemidir. Aşotyan əlavə edib ki, onun partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən “Qazprom Armeniya” və “YKJD” firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır. Siyasətçi qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı rusiyalı tərəfdaşların onu dezinformasiya yaymaqda ittiham etməsinə səbəb olur və iki ölkə arasında əməkdaşlığa zərər vurur.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Aşotyan vurğulayıb ki, Paşinyan vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Erməni siyasətçi əmindir ki, yeni hökumət danışıqlar prosesinə zərbə vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: