Ermənistanda 2008-ci il 1 mart terroru ilə bağlı cinayət işi üzrə istintaq davam edir

114

NUHÇIXAN xəbər verir ki, Ermənistanda 2008-ci il 1 mart terroru ilə bağlı cinayət işi üzrə istintaq davam edir. Ölkənin baş prokurorluğu Robert Köçəryanın azadlığa buraxması ilə bağlı parlamentin 45 deputatının vəsatətini təmin etməyib. Onlar 10 il əvvəlin mart terrorunun törədilməsində əli olduğu üçün həbs olunan eks-prezident Robert Köçəryan haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb ediblər. Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan bildirib ki, qərarın dəyişdirilməsi  məqsədəuyğun sayılmayıb. Köçəryan 28 iyul tarixində məhkəmənin hökmü ilə həbs edilib. O, 2008-ci ildə Ermənistanda konstitusiya rejimini devirməkdə ittiham olunur. Ermənistnın sabiq müdafiə naziri Seyran Ohanyan barəsində də ittihamlar irəli sürülüb. Bu barədə “First.in” protalı  xəbər yayıb. Bildirilir ki, Seyran Ohanyan 10 il əvvəl dinc nümayiş iştirakçılarının güllələnməsinin təşkilində ittiham edilir. O, həmin vaxt Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunu tutub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Seyran Ohanyan Azərbaycanın Qarabağ bölgəsində dinc mülki əhaliyə qarşı da hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Nəticədə, Ohanyan sonradan separatçı “DQR” ordusunun komandanı vəzifəsini tutub. Ermənistanın baş prokurorluğu sabiq baş nazir Ovik Abramyanın qardaşlarına qarşı da ittiham irəli sürüb. Ovik Abramyanın qardaşı – Henrix, avqustun 6-da ona məxsus mexaniki-təmir zavodunda aparılan axtarışdan sonra həbs olunub. O, müxtəlif çaplı odlu silahın qanunsuz saxlanılmasında ittiham edilir. Bura  3 əl qumbaraatanı, 7 AK74 avtomatı, 5 ədəd, o cümlədən, 2 snayper tüfəngi, 2 tapança və müxtəlif çaplı patronlar daxildir. Qeyd olunur ki, axtarış Xüsusi İstintaq Xidmətinin 1-2 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması ilə bağlı apardığı cinayət işi çərçivəsində həyata keçirilib. Ovik Abramyanın digər qardaşı – Conik Abramyan da qanunsuz silah əldə etmək və saxlamaq ittihamı ilə həbs olunub. Həmçinin Abramyanın Mxçyan kəndindəki evində axtarış aparılıb. Bu barədə isə mətbuata ətraflı açıqlama verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: