Ermənistanda fəhlələr tətil elan ediblər

85

Ermənistanın Ararat şəhərində fəaliyyət göstərən qızıl emalı zavodunun işçiləri tətil elan ediblər. Müəssisənin əməkdaşları məvaciblərinin aylarla gecikdirilməsindən, fəhlələrlə davranışdan narazıdırlar. Belə ki, zavodun təhlükəsizlik xidməti əvvəlcə qiymətli filizi gizlədir, sonra onu guya aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılırlar.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, fəhlələrin 13 saat işləmələrinə baxmayaraq, onlara 8 saat üçün əməkhaqqı ödənilir. Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülünün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları yaranıb. İki ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətdə görüblər.

Vayotdzor vilayətinin sakinləri qubernatorluq binasının qarşısında toplaşıb etiraz ediblər. Etirazçılar bildirirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və nəticədə çıxılmaz vəziyyətə düşüblər. Vayotsdzor vilayətinin sərhədyanı Almalı yaşayış məntəqəsinin sakinləri də sosial problemlərdən şikayətçidirlər. Beş yüzdən çox sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqavilə əsasında hərbi qulluqçu kimi xidmət edir. Almalıda bundan başqa iş yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: