Ermənistanda strateji əhəmiyyətli Yuxarı Lars yolu yenidən bağlanıb

64

Ermənistanın yeni hökuməti “məxməri inqilabdan” əvvəl verdiyi vədləri yerinə yetirməkdə acizdir. Ölkə əhalisini daha çox sosial vəziyyətlərinin yaxşılaşdırılması maraqlandırır. Ermənistanda köhnə problemlər də olduğu kimi qalıb. NUHÇIXAN xəbər verir ki, işğalçı ölkənin yükdaşımalar üçün istifadə etdiyi yeganə nəqliyyat dəhlizinin yenidən bağlanması  Yuxarı Lars sərhəd-keçid məntəqəsində kilometrlərlə avtomobil tıxacı yaradıb.

Ermənistanın yeni baş naziri hakimiyyətə gəlməyinin 100 gününü qeyd etmək üçün avqustun 17-də əhalini meydana səsləyir. Siyasi şərhçilər hesab edirlər ki, Nikol Paşinyan küçə aksiyalarında verdiyi vədlərin demək olar ki, heç birini həyata keçirə bilməyib. Yüz gündə Nikol Paşinyan yalnız onu hakimiyyətə gətirənlərin istəklərini yerinə yetirməklə məşğul olub. Ona görə də baş nazir 17 avqust mitinqi ilə cəmiyyətdə itirməkdə olduğu mövqeyini bərpa etməyə çalışır. Əhali yeni hökumətə böyük ümidlər bəsləyirdi.  Reallıq isə odur ki, inqilabdan sonra da Ermənistanda vəziyyət dəyişməyib. Nikol Paşinyan indiyədək hər hansı iqtisadi layihə irəli sürə bilməyib. Əhali yenə də köhnə problemləri ilə təkbaşına mübarizə aparır. Mütəmadı baş verən uçqunlar səbəbindən Ermənistanın yeganə quru yolu- Yuxarı Larsın vəziyyəti də olduğu kimi qalır. Ermənistan tərəfi hər il qış fəslində eyni halla rastlaşsa da artıq yay aylarında belə starteji əhəmiyyəli yol keçilməz olur. Problem isə həllini tapmır. Yuxarı Lars yolunun Gürcüstanla sərhəd hissəsində böyük tıxac yaranıb. Kilometrlərlə uzanan avtomobil karvanı sürücülərin səbrini tükədib. Onlar bildirirlər ki, eyni halla mütəmadi rastlaşırlar. Hökumət isə problemi həll etmək üçün tədbirlər görməkdə acizdir. Nəqliyyat nazirinin müavini Armen Pambuxçiyan bildirir ki, onların buna maddi imkanları yoxdur. Problemin kökü dərindir. Eyni tıxac Yuxarı Larsın Gürcüstan və Rusiya tərəfində də hökm sürür. 9-10 km məsafəyə qədər avtomobil karvanı yaranıb. Onlardan 200-ə yaxını ağır tonnajlı yük maşınıdır. Nəqliyyat nazirliyi sürücüləri Yuxarı Lars yolundan müvəqqəti istifadə etməməyə çağırıb. Pambuxçiyanın tövsiyyəsi yük daşınması ilə məşğul olanlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Sürücülər bildirirlər ki, başqa çıxış yolu yoxdur. Çünki, Ermənistanın yeganə quru yolu Yuxarı Larsdan keçir. Elə yük maşınları var ki, 1 həftəyə yaxındır sərhədi keçməyi gözləyir. Onsuz da sürücülər həyatlarını təhlükəyə atıb bu yolu qət edirlər. Başqa çıxış yollarının isə olmadığını bildirirlər. Ermənistan hökuməti məsələ ilə bağlı ötən il Gürcüstanla danışıqlar aparıb. Qarşı tərəfə yeni avtomobil yolunun çəkilməsi təklif edilib. Amma Gürcüstan hökuməti bunun həm maliyyə, həm də ekoloji baxımdan sərfəli olmadığını bildirib. Yolun mütəmadi bağlanması onsuz da  dərin böhranın hökm sürdüyü işğalçı ölkəyə küllü miqdarda zərər vurur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: