Ermənistanın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB

92

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan“Facebook” səhifəsində yazıb.

Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: