Farer Adaları-Azərbaycan futbol oyunu başlayıb

151

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçirilən Farer Adaları-Azərbaycan oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, Farer Adalarında keçirilən oyunun baş hakimi rusiyalı Aleksey Yeskovdur. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edirlər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirir.

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta seçməsini qəbul edəcək.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: