Fotomüsabiqənin qalibləri məlum olub

268

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinində “Naxçıvan turizm potensialı” mövzusunda fotomüsabiqə keçirilib.

Müsabiqəyə 40 həvəskar fotoqrafın 70-ə yaxın əl işi  təqdim olunub.

Müsabiqənin qalibləri Hüseyn İqbal və Anar Sadiqov olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bildirilib ki, həvəskar gənclər belə müsabiqələrdə iştirak etməklə, həm Naxçıvanın turizm potensialını təbliğ edir, həm də fotoqraf kimi peşəkar vərdişlərə yiyələnirlər. Təbii ki, çəkilən fotoların sosial şəbəkələrdə paylaşılması isə muxtar respublikanın gəzib-görməli yerlərinin izləyicilərə tanıdılmasında mühüm rol oynayır.

Sonda   fotolara baxış olub.

Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: