Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib

78

Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makron bunu “Europe 1” radiostansiyasının efirində deyib. “Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır”, – deyə o bildirib.

Fransa prezidenti hazırda virtual məkanda Avropanın daxili demokratik proseslərinə çox sayda müdaxilə cəhdlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunmalıdır.

Avropalı siyasətçilər mütəmadi olaraq Aİ-nin vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bir qədər öncə büdcə məsələləri üzrə Avropa komissarı Hünter Ettinger “Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqdan məsul olan ordu” barədə arzularını dilə gətirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: