Gənclər Bağına yeni tinglər əkilib

90

Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında salınan Gənclər Bağında “9 noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə ağac əkmə aksiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, keçirilən aksiyada Gənclər və İdman nazirliyinin əməkdaşları ilə birgə 80-dən çox könüllü gənc yaşıllıqlara qulluq göstərib. Aksiyada həmçinin 500 üzüm kolu və digər meyvə ağaçaları ilə birlikdə 1000-dən artıq ting əkilib.

Rayonlarda keçirilən aksiyalarda da gənclər fəallıq nümayiş etdiriblər. Gənclərin adına salınan bağların ərazisində meliorativ və aqrotexniki tədbirlər görülüb, əkilən meyvə tingləri suvarılıb.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: