Gənclər Məmməd Arazın Ev muzeyində olub

147

NUHÇIXAN xəbər verir ki, xalq şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndindəki Ev muzeyinə  gənclərin ekskursiyası təşkil olunub.

Gənclər xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların nümayiş etdirildiyi muzeylə tanış olublar. Onlara şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. 20-ci əsrin sonlarında Azərbaycan poeziyasında öz sözünü deyən Məmməd Araz həm də ikinci dəfə qazandığımız müstəqilliyin şairi idi. Bu dövrdə onun qələmindən çıxan şeirlər əsl vətəndaş tərbiyə etmək üçün çox gözəl nümunələrdir. Torpağa, doğma yurda bağlılıq onun poeziyasının ayrılmaz qayəsidir. Gənclər şairin yaradıcılığı və həyatını əks etdirən eksponatlara maraqla baxıblar.  

Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə şairin anadan olmasının  85-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunub.  

 Novruz Məmmədov  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: