Haqqımızda

“Nuhçıxan” İnformasiya Agentliyi 1 aprel 2018-ci ildə Naxçıvanda yaradılıb.  Muxtar Respublikanın ilk informasiya agentliyidir.

Agentliyin Nizamnaməsi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 2018-ci il 01 aprel tarixli kollegiya qərarı ilə təsdiq edilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-ci il 05 aprel tarixdə qeydiyyatdan keçmişdir.  

Agentliyi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “İnformasiya təminatı və saytlarla iş redaksiyası” idarə edir. Həmin redaksiyanın və “Nuhçıxan” (nuhcixan.az) İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyevdir.

Yerli və xarici media orqanları üçün muxtar respublikada rəsmi dövlət informasiyasının əsas mənbəyi olan agentliyin fəaliyyətinin əsas məqsədi rəsmi xəbərləri, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları dolğun və operativ şəkildə ictimaiyyətə çatdırmaqdır.

“Nuhçıxan” İnformasiya Agentliyi ölkə, eləcə də muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, infoqrafiya məhsullarını, dövlət orqanlarının rəsmi materiallarını öz kanalları, beynəlxalq internet şəbəkəsi, üzvü olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi xarici ölkələrin informasiya agentliklərinin saytları və sosial şəbəkələr vasitəsilə yayır.