Hüseyn Cavidin anım günü keçirilib

167

NUHÇIXAN xəbər verir ki, dahi şair və dramaturq Hüseyn Cavidin anım günü münasibətilə şairin Naxçıvan şəhərindəki ev muzeyində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Cavidlər məqbərəsini ziyarət edib və bura gül dəstələri qoyublar.

Muzeydə davam edən tədbirdə  çıxış edənlər görkəmli şair, dramaturq, filosof Hüseyn Cavidin ədəbi irsindən, bəşəri ideyalarından danışıblar. Bildirilib ki, Hüseyn Cavid şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü formalaşdıran əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. 

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin uzaq Sibirdən Cavidin cənazəsinin öz doğma vətəninə gətirməsi tarixi bir addım idi. Məhz Ümummilli liderin təşəbbüsü və xidmətləri sayəsində Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, şairin yubileyləri yüksək səviyyədə qeyd edilib, əsərləri çap olunub və tamaşaya qoyulub. 

Sonra xalq artisti Həsən Ağasoy Hüseyn Cavidin şeirlərini bədii qiraət edib.  

Tədbir iştirakçıları dramaturqun ev muzeyindəki eksponatlara da baxıblar. 

                                  

                                        Vüsal Muradov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: