İdmançılar Qarabağlar Türbə Kompleksində olublar

160

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Karate-do Federasiyasının idmançıları Qarabağlar Türbə Kompleksində ekskursiyada olublar.

Naxçıvan Muxtar Respublika Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 70 idmançı iştirak edib. İdmançılara abidə haqqında geniş məlumat verilib.

Sonra ekskursiya iştirakçıları Türbə Kompleksində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada sərgilənən mis qablar, daş dəstər, XII-XVII əsrdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri idmançılar tərəfindən maraqla qarşılanıb.

      Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: