İranda qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb

111

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan vilayətində baş verən qum fırtınası nəticəsində 150-yə yaxın insan xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə vilayətin fövqəladə vəziyyətlərin idarə olunması idarəsinin rəisi Əbdülrəhman Şahnaziyə məlumat verib.
Oktyabrın 6-da başlayan fırtına ev təsərrüfatlarına ziyan vurub. Fırtınanın gücü saatda 140 kilometrə çatıb. 145 nəfər fırtına nəticəsində ürək, göz və nəfəs yollarında yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Onlardan 27-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərilərək evə buraxılıb.
Vilayət rəhbərliyi oktyabrın 9-da ehtiyac olmadıqda evdən çıxmamaq barədə əhaliyə müraciət edib.
Hər il payız fəslinin əvvəllərində İranın bu bölgəsində qum fırtınası baş verir. Builki fırtına gözlənildiyindən də güclü olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: