İranın Naxçıvandakı Baş Konsulluğunun kollektivi Dövlət Bayrağı Muzeyində olub

110

NUHÇIXAN xəbər verir ki, 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun kollektivi Dövlət Bayrağı Muzeyini ziyarət edib. Kollektivə Dövlət Bayrağı Meydanı və Muzeyi haqqında məlumat verilib.

Vurğulanıb ki, muzeyin ən dəyərli eksponatlarından olan ağac üzərində yonulmuş Dövlət Gerbi və Dövlət himninin mətni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən  hədiyyə olunub. 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin yadigarlarından olan dövlət atributlarımız da muzeyin dəyərli eksponatları sırasındadır. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Sonda İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

                                                                                    Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: