İşğaldan azad edilən Günnütdə yeni əsgəri məişət-yaşayış kompleksləri tikilib - VİDEO

1. 040

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir standartlar səviyyəsində əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağı videomaterial hazırlayıb.

NUHÇIXAN həmin videomaterialı təqdim edir:

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: