İspaniya kuboku: “Levante” “Barselona” komandasını minimal hesabla məğlub edib

82

Yanvarın 11-də İspaniya kubokunun səkkizdəbir final mərhələsinin ilk oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərhələnin gözlənilməz hesabı “Estadio Cuidad” stadionunda qeydə alınıb. “Levante” doğma meydanda “Barselona” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb (2:1). “Levante”nin heyətində Erik Kobako (4), Borja Mayoral (18), katalonyalıların isə Filip Koutinyo (85) fərqləniblər.

Digər oyunlarda “Atletik Bilbao” doğma azarkeşlər önündə “Sevilya”ya məğlub olub (1:3).

“Real Betis” – “Real Sosyedad” oyununda isə hesab açılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: