İspaniya polisi erməni cinayətkar dəstəni zərərsizləşdirib

85

Erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha biri əlavə olunub. Bu dəfə ermənilərdən ibarət böyük mafiya şəbəkəsi İspaniyada zərəsizləşdirilib.

NUHÇIXAN xəbər verir ki, İspaniya polisi danışılmış tennis oyunları təşkil edən erməni cinayətkar dəstəsini  zərərsizləşdirib . İspaniya Mülki Qvardiyasının yaydığı məlumatda bildirilir ki, aralarında qrupun liderləri də olmaqla 15 nəfər həbs edilib.  “Bitures” əməliyyatı çərçivəsində 11 evdə axtarışlar aparılıb, 167 min avro nağd pul, o cümlədən odlu silah, onlarla kompyuter,  kredit kartları, 5 bahalı avtomobil və müxtəlif sənədlər aşkar edilərək götürülüb. Cinayətkar dəstəyə məxsus 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.  Həbs olunan 15 nəfərdən başqa daha 68 şübhəli şəxs haqqında istintaq davam edir. Adı danışılmış tennis oyunları qalmaqalında hallanan şəxslər arasında 28 peşəkar tennisçi də var.  2017-ci ilin fevralından fəaliyyət göstərən cinayətkar dəstənin razılaşdırılmış oyun əməliyyatları ilə milyonlarla avro gəlir əldə etdiyi ehtimal olunur. Bundan əvvəl də İspaniya və Almaniyada polis erməni cinayətkar dəstəsinin üzvlərini zərərsizləşdirib. Ümumilikdə Ermənistan vətəndaşlarının adı ölkə xaricində  kriminal hadisələrdə tez-tez hallanır. Bir neçə gün əvvəl də işğalçı ölkənin Yazıçılar İttifaqının sədri Edvard Militonyan erməniləri digər mədəniyyət və ənənələrə hörmət etməyə çağırıb. O, bunu Qazaxıstanın Karaqanda şəhərində baş verən hadisələri şərh edərkən  deyib. Militonyanın sözlərinə görə, vətəndaşlarla maarifləndirmə işlərinə yönələn siyasət həyata keçirmək lazımdır ki, digər ölkələrə gedən ermənilər getdikləri yeri tanısınlar, başqa mədəniyyətlərə və ənənələrə hörmət etsinlər. Ermənistan Avropa Partiyasının sədri, kinorejissor Tiqran Hzmalyan isə hesab edir ki, Ermənistan suverən ölkə deyil. Onun fikrincə BMT üzvü olmaq, müstəqillik gününü qeyd etmək hələ müstəqil olmaq demək deyil.  Əgər iqtisadiyyatın əsas hissəsi başqa ölkələrə aiddirsə demək vəziyyət ağırdır.  Ona görə də Ermənistan hökuməti miqrasiyanın qarşısını ala bilmir. Çünki, ölkədəki şərtlərlə heç kim yaşamaq istəmir. Bu da demoqrafik böhrana gətirib çıxarıb. Son bir ildə Ermənistan əhalisi daha 15 min nəfər azalıb. Doğum sayı da 4,2 faiz aşağı düşüb.  BMT-nin hesabatlarında da qeyd olunur ki, demoqrafik böhran  yaxın gələcəkdə  Ermənistanın daimi əhalisinin sayının 1 milyon 300 min nəfər azalacağını göstərir. Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcburdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: