İtaliya boulinq üzrə dünya çempionatının qalibi olub

66

Çinin Honkonq xüsusi inzibati ərazisində keçirilən boulinq üzrə dünya çempionatı başa çatıb.

NUHÇIXAN xəbər verir ki, finalda ABŞ kollektivini 2:0 hesabı ilə məğlubiyyətə uğradan İtaliya komandası tarixində ilk dəfə dünya kubokunu qazanıb.

İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo qazanılmış tarixi uğurla bağlı hisslərini bölüşərək deyib: “İtaliya komandasının ABŞ üzərində qazandığı tarixi qələbə ilə qürur duyuram. Stefano Rossinin rəhbərlik etdiyi Boulinq Federasiyasını və baş məşqçi Brandolinin fantastik komandasını təbrik edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: