Kəngərlidə 133 yararsız sayğac yenisi ilə əvəz olunub

428

NUHÇIXAN xəbər verir ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Kəngərli Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, payız-qış mövsümündə istehlakçıları dayanıqlı və keyfiyyətli enerji ilə təmin etmək üçün ötən dövr ərzində Kərki və Xok kəndlərində transformator yarımstansiyaları quraşdırılıb. Enerji verilişi zamanı qəza hallarının və enerji itkilərini minimum endirmək üçün qəsəbə və kəndlərdə mütəmadi olaraq xətlərə toxunan ağac budaqlarının kəsilmə işi aparılır. Mövcud transformator yarımstansiyalarında təmir işləri davam etdirilir. Ötən dövr ərzində 133 ədəd yararsız və ya sıradan çıxmış sayğac yenisi ilə əvəz olunub.

Qeyd olunub ki, rayon polis şöbəsi   icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlarla birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxilə, sayğacdankənar istifadə hallarına qarşı müvafiq tədbirlərin görülməsini davam etdirməlidir.

Müşavirədə çıxış edənlər payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərdən və həyata keçiriləcək   tədbirlərdən danışıblar.

                                                                             Ruhiyyə Rəsulova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: