“KazBuild” sərgisində Naxçıvan məhsulları nümayiş olunub

131

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görəİqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən “KazBuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub. Bu il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edib.

“KazBuild 2018” sərgisində Azərbaycandan 14 şirkət iştirak edib. Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin də iştirakı təmin edilib. Müəssisə tərəfindən istehsal edilən panel və alüminium radiatorlar, qapı-pəncərə profilləri, müxtəlifölçülü plastik borular və fitinqlər sərgidə nümayiş etdirilib.

Xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsulları “Ən yaxşı debüt” mükafatına layiq görülüb.

Sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib.

Qeyd edək ki, “KazBuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: