Kinoviktorina

61

NUHÇIXAN xəbər verir ki, Naxçıvan  Muxtar Respublikasının  Gənclər  Fondu, Naxçıvan Dövlət Film  Fondu və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər təhsil şöbələrinin  birgə  təşkilatçılığı  ilə  bu ilin oktyabrından 2019-cu ilin may ayınadək “Milli filmlərimiz”  adlı  kinoviktorina  keçirilməsi nəzərdə tutulub.

Kinoviktorinada Muxtar Respublikada fəaliyyət göstərən orta məktəblərin 5-9-cu sinif  şagirdləriiştirak edirdilər. Kinoviktorinanın  əsasnaməsində də göstərildiyi kimi yarışın keçirilməsində  məqsəd məktəblilərin kino biliyinin yoxlanması,  milli kinonun təbliğidir.

Oktyabrın 11 də  Naxçıvan Muxtar Respublika Gənclər Mərkəzində Naxçıvan şəhərindəki  ümumtəhsil məktəbləri arasında ilk seçim turu keçirilib. Kinoviktorinanın ilk iştirakçıları Naxçıvan şəhərinin 2, 6, 14 və 15 nömrəli tam orta məktəblərinin şagirdləri olub.  Yarış iki turda keçirilib. Hər turda   iştirakçılara25  sual  verilib və  hər düzgün  cavab  birinci  turda 100 balla, ikinci turda  isə 200 balla qiymətləndirilib.

Son nəticəyə görə ən çox bal toplayan15 №-li tam orta məktəbin kollektiviyarımfinalda iştirak etmək  hüququ qazanıb.

Yarımfinal və final mərhələləri  may ayında keçiriləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: