Məktəblilər arasında idman yarışları keçirilib 

71

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə muxtar respublikanın məktəblərində 9 noyabr Bayraq Günü münasibətilə  bir sıra idman yarışları təşkil edilib. Şərur  rayon məktəbliləri arasında stolüstü tennis, Şahbuz rayonunda şahmat, Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları arasında isə mini futbol üzrə rayon birincilikləri keçirilib. Yarışların təşkilatçıları rayonların Gənclər və İdman idarəsi, YAP rayon Təşkilatı Gənclər birliyi, Təhsil şöbəsi və müvafiq federasiyalar olub. Qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılıblar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: