Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib

82

Dekabrın 5-də AMEA Qadınlar Şurasının təşkilatçılığı və Mərkəzi Elmi Kitabxananın (MEK) təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. O, Ümummilli Liderin respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlarımıza yüksək qiymət verdiyini bildirib. Bu gün ölkəmizdə elm və təhsil sahəsində çalışanların böyük əksəriyyətinin qadınlar olduğunu söyləyən İ.Həbibbəyli Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb.

Akademik çıxışında şuranın üzvlərinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə ümumilli lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə misilsiz işlər gördüyünü, hər zaman qadınlarla bağlı məsələlərə böyük diqqət yetirdiyini, qadın hərəkatına, eləcə də qadınların maariflənməsinə önəm verdiyini vurğulayıb. R.Mirzəzadə, həmçinin şuranın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və gələcək fəaliyyət planları barədə məlumat verib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. O, ulu öndər Heydər Əliyevin kitabxana işinin təşkili sahəsində xidmətlərindən də söz açaraq “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində Ümummilli Liderlə bağlı yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. L.İmanova, həmçinin “Heydər Əliyev – 95” mövzusunda sərginin təşkil edildiyini, MEK-in sosial şəbəkələrdə və www.mek.az saytında silsilə materialların yayımlandığını, eləcə də kitabxananın “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən çoxlu məqalələrin hazırlandığını tədbir iştirakçılarının nəzərə çatdırıb.

Tədbirdə BDU-un kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Mirağa Cəfərquliyev, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və başqalarının çıxışları dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: