Müəllimlər İnstitutunda şairlərlə görüş keçirilib

106

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda şairlərlə tələbələrin görüşü keçirilib. Görüşdə iştirak edən İnstitutun rektoru Elbrus İsayev Naxçıvan ədəbi mühitinin  Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev isə bildirib ki, klassik və müasir ədəbiyyatımızın öyrənilməsi, o cümlədən təbliğində  Naxçıvan ədəbi mühiti  mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin müxtəlif mövzularda  yazdıqları şeirlər aktuallığı ilə diqqəti cəlb edir.

Qeyd edilib ki,  ədəbiyyatımızın, mədəniyyətimizin  vətənimizdən uzaqlarda tanıdılmasında da Naxçıvan ədəbi mühitinin müstəsna xidmətləri var. Sözə, sənətə daha çox dəyər verən şairlərimiz öz şeirlərində  vətənimizi layiqincə tərənnüm edirlər.  Dövlətimiz sənət adamlarına yüksək diqqət və qayğı göstərir. Şair və  yazıçılarımızın  Prezident  mükafatına, Prezidentin fərdi təqaüdünə layiq görülməsi də  buna bariz nümunədir.

Tədbirdə şairlər və yaradıcı tələbələr  öz şerilərini oxuyublar.

Sonda onlara hədiyyələr  təqdim olunub.

Kəmalə  Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: