Mülki müdafiə alayının gənc əsgərləri  and içiblər

123

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi “9 noyabr-Dövlət Bayrağı Günü”nə təsadüf etdiyi üçün hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağı meydana gətirilib.

Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Mərasimdə qeyd olunub ki, hərbi anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Hərbi andı qəbul edən gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəyinə təntənəli surətdə and içiblər.
Sonra çıxış edənlər Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan, Mülki müdafiə alayının inkişaf tarixindən, Fövqəladə Hallar Nazirliyinə, onun struktur qurumlarına göstərilən dövlət qayğısından ətraflı bəhs edib və  gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. 

Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Andiçmədən sonra “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti, əsgər yataqxanası və yeməkxana ilə yaxından tanış olub, xilasetmə texnika və avadanlıqları onlara təqdim olunub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: