Muxtar respublika birinciliyinin qalibləri məlum olub

321

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında eksterimal idman yürüşü üzrə muxtar respublika birinciliyi keçirilib. 18 oktyabr – “Dövlət Müstəqilliyi günü”nə həsr olunan yarış Uzunoba su anbarının ətrafında reallaşıb.

Birincilik Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, eləcə də Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda 6 komanda tərkibində 100-dən çox  tələbə iştirak edib. Birincilikdə qızlar 2, oğlanlar isə 3 km məsafədə yarışıblar. Nəticələrə gəlincə, qızlar arasında Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülayə Cəfərova birinci, Naxçıvan Texniki Kollecinin tələbəsi İlkanə Babayeva ikinci, Naxçıvan Tibb Kollecinin təmsilçisi Dünya Əmrahlı isə üçüncü yerin sahibi olub. Oğlanların mübarizəsində  finiş xəttinə hamıdan tez çatan “Naxçıvan”  Universitetinin tələbəsi Abbas Babayev birinci, Naxçıvan Texniki Kollecinin təmsilçilərindən Əkbər Mehdiyev ikinci, Fərid Qasımov isə üçüncü yerə layiq görülüb.

Sonda qalib gələn idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr, o cümlədən oxunması zəruri olan kitablar  təqdim edilib.

  Elvin Quliyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: