Muxtar respublikada POS-terminalların sayı 1269-a çatdırılıb

229

Nağdsız ödənişlərin inkişafı üçün  muxtar respublikada  lazımi infrastruktur yaradılıb, maarifləndirici tədbirlər diqqətdə saxlanılıb. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsindən NUHÇIXAN-a bildirilib ki, nağdsız ödənişlərin ümumi həcmi cari ilin ilk 6 ayı ərzində 18 milyon 128 min manat, o cümlədən həyata keçirilmiş əməliyyatların 5 milyon 830 min manatı POS-terminallar üzrə, 12 milyon 298 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. İyul ayının 1-nə qədər əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı muxtar respublika üzrə 1269 ədədə çatdırılıb. Bankomatların sayı isə 109 ədəd olub.

Qeyd edək ki, qlobal ödəniş texnologiyalarının liderlərindən biri olan  “Mastercard” ilə birlikdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyalar təşkil edilir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin,  Vergilər Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublika İdarəsinin birgə təşəbbüsü ilə həyata  keçirilən həvəsləndirici tədbirlər də  əhalini  elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq edib.

“Nağdsız ödəyin, hədiyyə qazanır” həvəsləndirici tədbirin 9-cu tirajında 312 vətəndaşa 20 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

                                                  Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: