Muxtar respublikada vergilər vaxtında ödənilir

156

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin ötən 9 ayında vergiödəyiciləri tərəfindən hesablanmış vergilər vaxtında və tam ödənilib, nəticədə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən heç bir vergi borcu qeydə alınmayıb.

Bütün bunlar son illər muxtar respublikada  vergi qanunvericiliyinə könüllü əməletmə və digər sahələrdə aparılan  ardıcıl tədbirlərin və  maarifləndirmə işlərinin əhatə dairəsinin  genişləndirilməsinin nəticəsidir. Mütəmadi olaraq vergiödəyiciləri ilə görüşlərdə vergi qanunvericiliyinə könüllü əməletmənin üstünlükləri barədə söhbətlərin aparılması artıq öz bəhrəsini verir.

 Qeyd edək ki, gəlirin, mənfəətin, torpağın, əmlakın, təqdim edilmiş malların, ticarət əlavəsinin və xərclərin uçotunun hüquqi və fiziki şəxslər tərəfindən müstəqil aparılması, vergilərin sərbəst hesablanması və vaxtında büdcəyə ödənilməsi, bəyannamələrin təqdim edilməsi vergi qanunvericiliyinə könüllü əməletmə kimi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də yüksək vergi mədəniyyətinin formalaşmasından xəbər verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: